Polis qatilinin fotoalbomu dəhşət saçır: Lüks avtomobillər, uzun lüləli silahlar...

İstanbulun Ümraniye şəhərində polis məmuru Şeyda Yılmazı şəhid edən Yunus Emre Geçtinin sosial şəbəkədəki paylaşımları üzə çıxıb. 

Sherg.az xəbər verir ki, oğurluq etdiyi üçün yaxalanan və polis bölməsindən qaçan Yunus Emre Geçti adlı şübhəli 27 yaşlı polis məmuru Şeyda Yılmazı açdığı atəşlə öldürüb. 


Hadisə zamanı polis əməkdaşı K.H.S. və hadisə yerində olan şübhəlinin anası P.G. yaralanıb.
Hadisədən sonra saxlanılan qətl şübhəlisi ədliyyəyə göndərilib.


Prokurorluğun araşdırmasından sonra ədliyyəyə çıxarılan Geçti həbs olunub.

Geçtinin 26 cinayət qeydinin olduğu təyin olundu.

NTV-nin efirində çıxış edən vəkil Hüseyn Ersöz, Geçti ilə bağlı bəzi sənədlərin birləşdirildiyini, bəzi cinayətlərin isə uşaq ikən işləndiyini bildirib.
Şübhəlinin qəsdən yaralama, hədə-qorxu və talan kimi hadisələrdə əli olduğu, barəsində 3-ü istintaq, 2-si isə məhkəmə araşdırması davam edən 5 cinayət işi olduğu bildirilib.

Gənc yaşda 26 cinayətdə adı hallanan Şeyda qatilinin İnstaqram və TikTok hesablarında silahlı paylaşımlar etdiyi də üzə çıxıb.

Geçtinin bəzi fotoşəkillərində uzun lüləli silahla poza verməsi diqqət çəkib.

Bəzən əlində silah, bəzən də lüks avtomobillərin sürücü kreslosunda poza verən qətl şübhəlisinin fotoşəkillərindən birində onun əlində Kalaşnikov kimi tanınan AK-47 adlı ağır pulemyot olduğu da görünüb.