" Fikir versəniz görərsiniz ki, Rusiyanın özü rus dilinin dünyada hələ də ayaqda qalmasına çalışır. Azərbaycanda biz bunu imperialist ekspansiya olaraq görürük və həyəcan təbili çalırıq. Ölkəmizdə 350-yə yaxın orta məktəbdə rus dili tədris olunur. Üstəlik, bizim dövlət vəsaiti hesabına. Rus dilinin qorunması, öz təsirini qoruyub saxlamaq baxımından Rusiyaya lazımdır. Eyni şeyi İngiltərə də edir, Fransa da. Fransa Ermənistanı fransızdilli ölkələr təşkilatına üzv edib. Eyni şeyi ərəb ölkələri də edir. İslam dini adı altında ərəb dilini yayırlar. Bu, dövlətlərə öz təsirlərini qoruyub saxlamaq baxımından lazımdır. Rusiya da rus dilinin yayılmasında imperiya siyasətinə əsaslanır. Lakin türk xalqları və dövlətləri imperialist iddialarla deyil, sadəcə, öz mədəniyyətini, dilini dünyaya çatdırmaq baxımından, daha çox yaymaq məqsədilə dilin öyrədilməsini vacib sayırlar. Bu mənada türk dövlətləri digər dövlətlərdən geri qalmamalıdırlar. Rusiyada türk dilinin öyrədilməsi Rusiyanı təsir dairəsində tutmaq üçün deyil, həmin dövlət ərazisində yaşayan milyonlarla türkün bu vasitə ilə əlaqələrini gücləndirməsi baxımından atılan addımdır. Yəni Türkiyənin bu addımı – türk dilinin öyrədilməsi imperialist məqsədlərə xidmət etmir, türk dilinin işlənmə coğrafiyasının genişlənməsinə, türkdilli xalqların daha da yaxınlaşmasına, ünsiyyət saxlamasına xidmət edir".
Ruslar türk dilində danışacaq - RƏY
04:00 25.09.2024
Siyasət
527
Türkiyənin dilin coğrafiyasını, əhatə dairəsini, təsir imkanlarını genişləndirmək istəyi doğru siyasətdir
Rusiya KİV-lərində çalışan şəxslərə türk dili tədris olunacaq. Onlar təxminən bir ilə türk dilini öyrənə biləcəklər. “Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Rusiyanın paytaxtı Moskvada Yunus Emre İnstitutunda çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə ilə Rusiya arasında dostluq əlaqələrinin ən mühüm komponentlərindən biri türk dilidir: "Dünyanın bir çox ölkəsində insanlar türk dilində kifayət qədər yaxşı danışırlar".
Siyasi şərhçi Azər Həsrət “Sherg.az"a açıqlamasında qeyd etdi ki, təkcə jurnalistlərə deyil, ümumiyyətlə, istənilən şəxsə bir dilin öyrədilməsi həmin dilin sahibi olan xalqın və dövlətin qlobal siyasətində mühüm yer tutur:
" Fikir versəniz görərsiniz ki, Rusiyanın özü rus dilinin dünyada hələ də ayaqda qalmasına çalışır. Azərbaycanda biz bunu imperialist ekspansiya olaraq görürük və həyəcan təbili çalırıq. Ölkəmizdə 350-yə yaxın orta məktəbdə rus dili tədris olunur. Üstəlik, bizim dövlət vəsaiti hesabına. Rus dilinin qorunması, öz təsirini qoruyub saxlamaq baxımından Rusiyaya lazımdır. Eyni şeyi İngiltərə də edir, Fransa da. Fransa Ermənistanı fransızdilli ölkələr təşkilatına üzv edib. Eyni şeyi ərəb ölkələri də edir. İslam dini adı altında ərəb dilini yayırlar. Bu, dövlətlərə öz təsirlərini qoruyub saxlamaq baxımından lazımdır. Rusiya da rus dilinin yayılmasında imperiya siyasətinə əsaslanır. Lakin türk xalqları və dövlətləri imperialist iddialarla deyil, sadəcə, öz mədəniyyətini, dilini dünyaya çatdırmaq baxımından, daha çox yaymaq məqsədilə dilin öyrədilməsini vacib sayırlar. Bu mənada türk dövlətləri digər dövlətlərdən geri qalmamalıdırlar. Rusiyada türk dilinin öyrədilməsi Rusiyanı təsir dairəsində tutmaq üçün deyil, həmin dövlət ərazisində yaşayan milyonlarla türkün bu vasitə ilə əlaqələrini gücləndirməsi baxımından atılan addımdır. Yəni Türkiyənin bu addımı – türk dilinin öyrədilməsi imperialist məqsədlərə xidmət etmir, türk dilinin işlənmə coğrafiyasının genişlənməsinə, türkdilli xalqların daha da yaxınlaşmasına, ünsiyyət saxlamasına xidmət edir". A.Həsrət qeyd etdi ki, hazırda dünyada 200 milyon insan türk dilində, yaxud da 300 milyona yaxın insan türk dillərindən birinin ləhcəsində danışır:
" Bu baxımdan Türkiyənin dilin coğrafiyasını, əhatə dairəsini, təsir imkanlarını genişləndirmək istəyi doğru siyasətdir. Və bu istəyi reallaşdırması alqışlanmalıdır. Bu, türk dilinin qlobal dil olması səbəbindən atılan addımdır. Digər türk dövlətləri də bu siyasətin ardınca getməlidirlər. Bu çalışmalar bir qədər də səylə aparılsa, türk dili BMT-nin rəsmi dilləri sırasına daxil ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AMEA-nın strukturunda dəyişiklik edilib
13:26 20.11.2026
Elm və Təhsil
Ağdamın əsl dirçəlişi indi başlayır - ŞƏRH
13:21 20.11.2026
Gündəm
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
12:59 20.11.2026
Media
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
12:49 20.11.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
12:25 20.11.2026
Gündəm
SEPAH: Döyüşə hazırıq, coğrafi məhdudiyyət olmadan vuracağıq
12:15 20.11.2026
Dünya
Şahzadə Harri: Orduya qayıda bilərəm
11:47 20.11.2026
Dünya
Tramp: İran məsələsində tələsmirəm
11:27 20.11.2026
Gündəm
Xroniki tənhalıq demensiya riskini 38 faiz artırır
11:11 20.11.2026
Sağlamlıq
Fransa: Əsgərlərimiz zaman-zaman Ukraynada olub
10:59 20.11.2026
Gündəm
“Yuventus” Makkenninin transferinə icazə vermədi
10:56 20.11.2026
Futbol
Rektor qəzaya düşdü, akademik həyat yoldaşı ölüb
10:16 20.11.2026
Hadisə
Tramp tarixi üçtərəfli sammiti dəyərləndirdi: 10 üzərindən 12 bal
10:02 20.11.2026
Dünya
ABŞ Senatından Trampa İrana hücum dəstəyi gəldi
09:58 20.11.2026
Gündəm
Mossad rəhbəri ABŞ-ı İrana zərbələri bərpa etməyə çağırıb
09:57 20.11.2026
Dünya