Bazarda arvadını bıçaqladı, sonra özünə xəsarət yetirdi

ƏBərdə bazarında qadın əri tərəfindən bıçaqlanıb.

Sherg.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb

Bərdə təzə bazar ərazisində sahibkarlıqla məşğul olan, 1978-ci il təvəllüdlü Gülnar Ərşad qızı Qasımova, həyat yoldaşı Ayaz İmamqulu oğlu Qasımov tərəfindən bıçaqlanıb.

Kişi daha sonra özünə xəsarət yetirib.

Hər iki şəxs Bərdə Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, faktla bağlı araşdırma aparılır.