
Gürcüstan kütləvi deportasiyada maraqlı dövlət deyil -AÇIQLAMA
12:22 06.11.2024
Aktual
691
Çalışırlar, mümkün qaydalar daxilində həmin şəxslərin statuslarını leqallaşdırmaqla ölkə ərazisində qalmalarına şərait yaradılsın
Bu vətəndaşlarımız ailəlikcə Gürcüstanda qeyri-qanuni miqrant olaraq yaşayanlardır, hansısa formada qanunsuz yaşamağa üstünlük veriblər. Ola bilər obyektiv, ya da subyektiv səbəblər olsun
2024-cü ilin üçüncü rübündə Gürcüstandan 18 Azərbaycan vətəndaşı deportasiya edilib. Bu barədə APA-nın Tbilisi müxbiri Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına istinadən bildirilib. Qeyd olunur ki, cari ilin avqust-oktyabr ayları ərzində Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarından 6-sı (3 qız, 3 oğlan) yaşı 18-ə çatmayanlar olub. Məlumata görə, bu il Gürcüstandan ümumilikdə 46 Azərbaycan vətəndaşı deportasiya edilib.
Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Gürcüstanın miqrasiya proseslərinin idarə olunmasında iştirak edən müvafiq qurumları vaxtaşırı reydlər keçirir. Və bu reydlər zamanı miqrasiya qaydalarını bu və ya digər şəkildə pozmuş şəxslər aşkarlanır:

- Bu reydlər mütəmadi keçirilir. Reydlər zamanı aşkarlananlar arasında Azərbaycan vətəndaşları da olur. Xüsusən son 2-3 ildə, pandemiya səbəbiylə quru sərhədlərin bağlı olması insanların gediş-gəlişində problemlər yaratdı. Həmin ərəfədən sonra ölkə ərazisində qeyri-qanuni yolla yaşayan şəxslər də tapıldı. 2022, 2023-cü ildə də belə reydlər keçirilib. Aşkarlanan qanunsuz miqrantlar arasında Azərbaycan vətəndaşları da olub. Amma onların sayı çox deyil. Digər ölkələrdən gəlmiş qanunsuz miqrantların sayı ilə müqayisə etdikdə çox aşağı rəqəmdr. Amma var, bu da ondan xəbər verir ki, maarifləndirmə tədbirlərinə baxmayaraq, yenə də ölkə ərazisində qanunsuz yaşamağa çalışan şəxslər var. Statistikaya nəzər saldıqda görünür ki, deportasiya edilənlər arasında azyaşlı uşaqlar da var. Bu da deportasiya edilənlər arasında ailələrin olmasından xəbər verir. Yəni bu vətəndaşlarımız ailəlikcə Gürcüstanda qeyri-qanuni miqrant olaraq yaşayanlardır, hansısa formada qanunsuz yaşamağa üstünlük veriblər. Ola bilər obyektiv, ya da subyektiv səbəblər olsun. Gürcüstan kütləvi deportasiyada maraqlı olan dövlət deyil. Çalışırlar, mümkün qaydalar daxilində həmin şəxslərin statuslarını leqallaşdırmaqla ölkə ərazisində qalmalarına şərait yaradılsın. Bunun üçün əsaslar olmadıqda deportasiya hadisəsi baş verir. Eynilə Azərbaycan qanunvericiliyində də belədir. Bizdə də ölkə ərazisində keriilən reydlər zamanı qeyri-qanuni miqrantlar aşkarlanır, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər. Onların statusunun leqallaşdırılmasıyla bağlı işlər həyata keçirilir, sənədləri qaydaya salınır, icazələrin verilməsi və sair işlər aparılır. Amma buna artıq heç bir əsas olmadıqda ölkədən çıxarılmalarına qərar verilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya