Vüqar Tofiqli: Bu addım seçkiqabağı bələdiyyələrə olan marağın bir qədər də artması məqsədi daşıyır
13:17 29.11.2024
Siyasət
617
Bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Qrant haqqında" qanuna yeni dəyişiklik təklif edilib. Dəyişikliyə görə, bələdiyyələr qrant ala biləcək. Sözügedən qanun layihəsi səsverməyə çıxarılıb və üçüncü oxunuşda qəbul edilib. Qanunun məqsədi, bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsidir.
Eyni zamanda Azərbaycanda növbəti bələdiyyə seçkilərinin tarixi artıq məlum olub. Mərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 27-də keçirilən iclasında seçkilərin 2025-ci il yanvarın 29-na təyin edildiyi bildirilib.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli "Sherg.az"a deyib ki, bələdiyyə ilə bağlı qəbul edilmiş qərarı müsbət dəyərləndirmək lazımdır:
"Qanun layihəsi bələdiyyələrə olan bir növ diqqət və qayğıdır. Eyni zamanda onların inkişafına söykənən addımdır. Bu addımın atılması seçki öncəsi həm də bələdiyyələrə olan marağın bir qədər də artması məqsədini daşıyır. Prosesin icrası, hansı formada və məzmunda öz həllini tapacağı maraqlıdır. Həmçinin bura layihənin həyəta keçirilməsinə hansı orqanın nəzarət edəcəyi, bələdiyyələrin öz layihələrini kimlərə təqdim edəcəyi kimi suallar yaranır və suallara cavab tapılmalıdır. Qanunun qəbul edilməsi ilə yanaşı, bütövlükdə proseslə bağlı ola biləcək normativ-hüquqi sənədlər də öz əksini tapsa, Azərbaycan bələdiyyəsi də müsbət effektlər verəcək. Həm də bələdiyyələrin inkişafına müsbət təsir göstərmiş olacaq".
Ekspertin fikrincə, bələdiyyə seçkilərinin müsbət keçməsi biz seçicilərdən də asılıdır:
"Gərək biz elə namizədə səs verək, dəstəkləyək ki, həmin adam da bacarığı, işgüzarlığı və fəaliyyəti ilə bizim qaldırdığımız bütün məsələləri yuxarı instansiyalara qaldırmağa və onun həllinə nail olsun. Ona görə də seçkilərdə seçicilərin üzərinə məsuliyyət yükü düşür. Bu mənada vaxtilə bələdiyyələrin müəyyən mənada neqativ olmasında seçicilərin də günahı var. Artıq qarşıdakı seçkilərdə seçici fəallığı müşahidə olunacaq. 685 bələdiyyədə sayılan, öz ərazisində müəyyən hörmətə, çəkiyə, nüfuza sahib olan insanlar seçiləcək. Nəticədə də bələdiyyələr və seçicilərin üzləşdiyi problemlərin sürətlə həllinə təkan vermiş olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya