Açıq havada siqaret çəkilməsinin qadağan olunması tövsiyə edilir
Yusif Nəzərli
02:17 04.12.2024
Sağlamlıq
557
Avropa İttifaqına (Aİ) üzv ölkələrin səhiyyə nazirləri açıq havada siqaretdən istifadənin qadağan olunmasını tövsiyə ediblər.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, nazirlər əsasən uşaq meydançalarında, avtobus dayanacaqlarında və açıq restoranlarda siqaretdən istifadənin qadağan olunması ilə bağlı Brüsseldə səsverməyə çıxarılan Avropa Komissiyasının tövsiyə təklifinin lehinə səs veriblər. Səhiyyə nazirləri uşaq meydançaları və açıq iaşə obyektləri ilə yanaşı, istirahət parklarında, üzgüçülük hovuzlarında, zooparklarda, çimərliklərdə, universitetlərdə və açıq havada keçirilən tədbirlərdə də siqaretdən istifadəyə qarşı daha sərt tələblərin müəyyənləşdirilməsini tövsiyə ediblər.
Avropa Komissiyasının vitse-prezidenti Tereza Ribera siqaret çəkməyənlərin qorunması üçün daha sərt tədbirlərin tətbiqinin vacibliyini vurğulayıb.
Müzakirələrdə maraqlı məsələlərdən biri də elektron siqaretlərlə bağlı olub. Səhiyyə nazirlərinin əksəriyyəti elektron siqaretlərin adi siqaretlərlə eyniləşdirilməsinə səs verib. Elektron siqaret istifadəçiləri arasında gənclərin sayının artması ilə əlaqədar üzv dövlətlərin daha ciddi məhdudlaşdırıcı tədbirlər görməsinin vacibliyi xüsusi qeyd edilib.
Avropa Komissiyasının bəyan etdiyi məqsəd 2040-cı ilədək siqaret çəkənlərin sayının əhalinin 5 faizindən aşağıya salınmasıdır. Komissiyanın hesabatına görə, tütündən istifadə hər il Aİ məkanında 700 min insanın həyatına son qoyur.
“Siqaretsiz tərəfdaşlıq” təşəbbüsünün 2022-ci ildə 37 ölkə arasında apardığı dəyərləndirməyə əsasən, siqaretdən istifadəyə qarşı ən sərt qanunvericilik bazası İrlandiya, Böyük Britaniya və Fransadadır. Almaniya bu göstərici üzrə sondan dördüncüdür.
Qeyd edək ki, bu tövsiyənin hər hansı hüquqi qüvvəsi yoxdur. Çünki Aİ ölkələrinin hər biri sağlamlıq məsələləri ilə bağlı daxili siyasətin müəyyənləşdirilməsində müstəqildir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur