DYP-dən yağışlı hava ilə bağlı MÜRACİƏT
Yusif Nəzərli
06:34 04.12.2024
Cəmiyyət
365
Yağışla müşahidə olunan son üç gün ərzində yol qəzalarında 4 nəfər həlak olub.
Sherg.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin piyadalara müraciətində deyilir.
Qeyd olunub ki, payız-qış mövsümü üçün xarakterik olan hava şəraiti digər hərəkət iştirakçıları kimi piyadalar üçün də bir sıra çətinliklər yaradır: "Xüsusilə havanın tez qaralması, yağıntılarla əlaqədar yolların sürüşkən olması piyadaların vurulması ilə nəticələnən yol qəzalarının sayına bilavasitə təsir göstərir. Təsadüfü deyildir ki, yağışla müşahidə olunan son üç gün ərzində 4 nəfərin həlak olması, 4 nəfərin xəsarət alması ilə nəticələnən 7 piyadavurma hadisəsi qeydə alınıb ki, həmin qəzaların mütləq əksəriyyəti havanın qaranlıq vaxtı baş verib.
Bununla yanaşı, əksər hallarda piyadaların qeyri-sabit hava şəraitini düzgün qiymətləndirməməsi, daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəflətən yolun hərəkət hissəsinə çıxması, səki, eləcə də piyada keçidləri olduğu halda yolun hərəkət hissəsi ilə səyahətə üstünlük verməsi sonda xoşagəlməz hadisələrə gətirib çıxarır".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları hazırda ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraitini də nəzərə alaraq, yol hərəkəti qaydalarına əməl etməyə, həyat və sağlamlıqlarına qarşı diqqətli olmağa çağırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya