Azərbaycanın Aktaudakı Baş konsulu: Hazırda təyyarə qəzasının baş verdiyi əraziyə gedirik

Hazırda təyyarə qəzasının baş verdiyi əraziyə gedirik.

Bunu Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı APA-ya açıqlamasında bildirib.

"İlkin heç nə deyə bilmərik. Əməkdaşlarımız ordadır, mən də ora gedirəm. Hələ heç nə deyə bilmirik", - o qeyd edib.