Aktauda “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) qəzaya uğrayan təyyarəsində olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradılıb.
Bu barədə Sherg.az AZAL-ın məlumatına istinadən xəbər verir.
“AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradılıb. (+994) 12 5048280, (+994) 12 5048202, (+994) 12 5048203 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər”, - məlumatda qeyd olunur.