Abşeronda küçədə qadın meyiti tapılıb.
APA xəbər verir ki, hadisə Saray qəsəbəsi Vaqif küçəsində qeydə alınıb.
1959-cu il təvəllüdlü Şaxaxanım İmran qızı Əliyevanın evinin yaxınlığında küçədə yıxılaraq öldüyü bildirilir.
Meyit aidiyyəti üzrə təhvil verilib. Fakt araşdırılır.