Qazaxıstan Nəqliyyat Nazirliyi: Mütəxəssislər AZAL-ın təyyarə qəzası ilə bağlı yaxın günlərdə oxunmuş məlumatlarla Astanaya gələcək

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutularının” dekodlaşması ilə məşğul olan mütəxəssislər yaxın günlərdə oxunmuş məlumatlarla Astanaya gələcək.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.

Ekspertlər dərhal “qara qutunun” məlumatlarının öyrənilməsinə başlayacaq.

Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.