Azərbaycanda ər arvadını boğub öldürdü

Sumqayıtda ər arvadını boğaraq öldürüb.

Axar.az xəbər verir ki, hadisə şəhərin Yaşıl dərə yaşayış massivində qeydə alınıb.

1984-cü il təvəllüdlü Cəmalə Quliyeva həyat yoldaşı, 1975-ci il təvəllüdlü Qorxmaz Quliyev tərəfindən boğularaq öldürülüb.

Q.Quliyev Sumqayıt Şəhər Polis İdarəsinə gedərək, özü təslim olub.

Qətl hadisəsinin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.