
Paris narahatdır: Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir
13:45 20.02.2025
Siyasət
382
Fransanın siyasi düşüncəsində "sabitlik" anlayışı yalnız kolonialist maraqların təmin olunması ilə ölçülür
Parisdə növbəti dəfə Azərbaycanın “Fransada sabitliyi pozması” ilə bağlı giley-güzar səsləndirilib.
Bu dəfə analoji narazılığı Fransa Qanunvericilik Assambleyasının üzvü Silven Meylar dilə gətirib.
“Biz Ermənistanın yanında olduğumuz üçün Azərbaycan xaricdə, Fransada, xüsusən də Yeni Kaledoniyada sabitliyi pozmağa çalışır”, - o bildirib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri, G7 ölkəsi, Avropa Birliyinin siyasi liderliyinə iddialı, “dünyanın bölüşdürülməsində payçı” sayılan Fransanın bu cür “gileyi” vaxtaşırı dilə gətirməsi bu dövlət haqda heç də müsbət təsəvvür yaratmamaqla bərabər, Azərbaycanın nüfuzunun dolayı etirafıdır.
Siyasi şərhçi Kazım Kazımov "Sherg.az"a deyib ki, Fransa tərəfinin irəli sürdüyü fikirlər tamamilə əsassız və absurd xarakter daşıyır:

"Silven Meylar hansı sabitlikdən bəhs edir? Fransa hakimiyyəti öz nəzarətində olan ərazilərdə yerli əhalinin fundamental hüquqlarını kobud şəkildə pozur, müxtəlif eksperimentlər aparır və antihumanist yanaşmalar sərgiləyir. Əslində, bu ölkənin siyasi düşüncəsində "sabitlik" anlayışı yalnız kolonialist maraqların təmin olunması ilə ölçülür. Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış etdiyi üçün Parisin narahatlığı da məhz bundan qaynaqlanır. Ümumiyyətlə, Azərbaycanın çəkinməli olduğu heç bir məqam yoxdur, çünki biz tarix boyu həmişə ədalətin, haqqın və beynəlxalq hüququn tərəfində dayanmışıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol