
Paşinyan Zəngəzur dəhlizini gündəlikdən çıxarmağa çalışır - POLİTOLOQ
Yusif Nəzərli
06:37 11.03.2025
Cənubi Qafqaz
618
Təcrübə göstərir ki, ermənilər yalnız gücün qarşısında geri addım atır və doğru yolu seçməyə məcbur olurlar
Ermənistan Baş naziri Nikol Paşinyan regionda mümkün kommunikasiyaların açılmasına yönəlik hiyləgər və populist təklifləri Zəngəzur dəhlizinin "eksterritorial ərazi" prinsipi əsasında yox, Ermənistanın yurisdiksiyası altında adi yol kimi açılmasına nail olmaq istəyidir. Rəsmi Bakı Ermənistan ərazisindən keçməklə Azərbaycanın qərbindən Naxçıvana keçməklə regional iqtisadi və nəqliyyat kommunikasiyalarının dəhliz prinsipi ilə açılmasına çalışır. Bu, 10 noyabr üçtərəfli bəyanatın 9-cu bəndində də öz əksini tapıb. Həmin bəndə əsasən, Ermənistan birmənalı şəkildə Azərbaycanın Qərb rayonlarını Naxçıvanla əlaqələndirən kommunikasiya xəttində təhlükəsizliyə və maneəsiz hərəkətə təminat verib. Lakin Paşinyan bu gerçəyi danmağa çalışır və alternativlər ortaya atır. İddia edir ki, “Ermənistan heç bir yazılı və ya şifahi öhdəlik götürməyib".
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Paşinyanın saxtakarlığı onu göstərir ki, baş nazir bu yolla Zəngəzur dəhlizinin açılması məsələsini arxa plana keçirməyə və ümumiyyətlə, gündəlikdən çıxarmağa çalışır. Ekspertə görə, Paşinyanın səsləndirdiyi "biz Azərbaycana İranın tranzitlə bağlı irəli sürdüyü rejimi təklif edirik" konsepti də hiyləgərliyin başqa bir nümunəsidir:

"Rəsmi Bakı haqlı olaraq Paşinyanın bu eyniləşdirilməsini qəbul etmir və Zəngəzur üzərindən tranzitin maneəsiz olmasını tələb edir. Çünki Azərbaycan son 30-35 ildə İranla yox, məhz Ermənistanla müharibə, münaqişə vəziyyətində olub. Naxçıvan isə məhz Zəngəzurun vaxtilə sovet-bolşevik rejimi tərəfindən Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində Azərbaycanın əsas hissəsindən ayrı düşüb. Ona görə də Naxçıvana maneəsiz və təhlükəsiz tranziti də bu gün İran yox, məhz Ermənistan verməlidir. Bu baxımdan, Paşinyanın İranın təklif etdiyi eyni hüquqi şərtlərlə Azərbaycanın qərbindən Naxçıvana tranziti təmin etməyə hazır olduqlarını bildirməsi dünya birliyini aldatmağa hesablanıb. Azərbaycan haqlı olaraq bu eyniləşdirməni rədd edir".
Ə.Hüseynov vurğulayıb ki, Ermənistan yenə də manipulyasiya ilə məşğuldur:
"Halbuki, Ermənistan vicdanlı davranaraq, üçtərəfli bəyanatın müvafiq maddəsi əsasında Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın materik hissəsindən Naxçıvana tranzit verməli, yüklərin maneəsiz daşınması və vətəndaşların təhlükəsiz gediş-gəlişini təmin etməlidir. Baxın, məsələnin həlli, əslində, bu qədər sadədir. Lakin Paşinyan həmişəki kimi yenə də ən məkrli, qeyri-konstruktiv variantları gündəmə gətirməklə sülh sazişini yubadır və dəhlizin açılmasında zaman itkisinə səbəb olur. Zaman itkisinin qarşısını isə yalnız hərbi təzyiqlərimiz ala bilər. Təcrübə göstərir ki, ermənilər yalnız gücün qarşısında geri addım atır və doğru yolu seçməyə məcbur olurlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual