Arzu və Leyla Əliyeva UNEC-də tələbələrlə görüşdü
Yusif Nəzərli
18:36 14.03.2025
Elm və Təhsil
582
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant Çin dili üzrə tədrisin növbəti mərhələsinin açılışı keçirilib.
Sherg.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao, universitetin müəllim və tələbələri iştirak ediblər.
Tədbirin açılışında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov qonaqları salamlayaraq, tələbələr adından Leyla Əliyeva və Arzu Əliyevaya təşəkkürünü bildirib.
Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao çıxışında Azərbaycanla Çin arasında münasibətlərin hər sahədə uğurla inkişaf etdiyini vurğulayıb.
“Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində Çin dili distant tədris mərkəzinin açılış iştirak etməkdən böyük məmnunluq duyuram. Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Çin-Azərbaycan əlaqələri sürətlə inkişaf etməkdədir. Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutu çərçivəsində distant Çin dili kursları 2019-cu ildən etibarən fəaliyyətə başlayıb. Bu günə qədər 500-dən çox tələbə bu kurslarda iştirak edib. Heydər Əliyev Fondu bu 7 il ərzində milli ruhun qorunmasında və iqtisadi-sosial inkişafda əvəzsiz rol oynayıb, Azərbaycanın qürurverici vizit kartına çevrilib. Fond Çinin Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq edir və hər iki xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş layihələr həyata keçirir. Eyni zamanda, iki ölkə arasında strateji əməkdaşlıqda mühüm töhfələr verib”, - Din Tao əlavə edib.
Sonra o, iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib.
Daha sonra tədbirə virtual formatda qoşulan Pekin Xarici Dillər Universitetinin (PXDU) Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, konfransın təşəbbüskarı və sədri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, Çin dili distant tədris mərkəzi illər əvvəl fəaliyyətə başlayıb. “Leyla Əliyevanın bu gün Çin dili distant kurslarının açılışında şəxsən iştirak etməsi hamı üçün böyük motivasiyadır. Özüm və tələbələrim adından sizə böyük minnətdarlığımı bildirirəm. Əgər 5 il əvvəl kurslara qoşulan tələbələr bu kurslara bir hobbi kimi baxırdısa, bu gün artıq akademik biliklər və karyeralarında inkişaf üçün bu dərsləri hədəf kimi görən tələbələrin sayı artmaqdadır. Azərbaycanda Çin dili, Çində isə Azərbaycan dilinə maraq ildən-ilə artır”, - o əlavə edib.
Çıxışlardan sonra Leyla Əliyeva və Arzu Əliyeva UNEC-in kitabxanasında təqdim edilən sərgi ilə tanış olublar. Həmçinin burada təqdim olunan Çin mədəniyyətinin nümunələrinə baxıblar.
Sonda tələbələr Leyla Əliyeva və Arzu Əliyevaya xoş arzularını ifadə edib və təşəkkürlərini çatdırıblar.
Qeyd edək ki, UNEC-də Çin dili üzrə distant tədris Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2019-cu ildən təşkil edilir.
Heydər Əliyev Fondu, UNEC, Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetinin birgə tərəfdaşlığı ilə keçirilən tədris dil səviyyəsi başlanğıc və orta olmaqla hər mərhələ üzrə 3 ay davam edir.
Tədris zamanı Çində nəşr olunmuş dərsliklərdən istifadə edilir. Hər bir dərsin tərkib hissəsinə tələffüz qaydaları, yeni sözlər, mətn, qrammatika, dialoqlar, oxu təlimləri, tərcümə, heroqliflər üzrə çalışmalar daxildir. Bundan əlavə, mövzuya uyğun olaraq, tələbələrə Çin mədəniyyəti haqqında da geniş məlumatlar verilir.
Hazırda dərs proqramı digər illərlə müqayisədə daha da optimallaşdırılıb. Yeni dərs proqramı tamamilə HSK (Çin dili səviyyə imtahanı) yönümlüdür. Distant dərsləri uğurla bitirən tələbələr beynəlxalq Çin dili səviyyə imtahanında iştirak edə bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı