Ceyranbatanda beton zavodunda fəhlə qəza nəticəsində ölüb

Abşeronda beton zavodunda bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində yerləşən beton zavodunda qeydə alınıb.

1979-cu il təvəllüdlü fəhlə Səməddin Rüstəmov iş zamanı yuxarıdan qopan beton kütləsinin üzərinə düşməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

İlkin ehtimallara görə, hadisəyə texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəb olub.