3 nəfəri daşıyan helikopter yoxa çıxdı - Əməliyyatı başlayıb

Yaponiyanın Kumamoto prefekturasında üç nəfərin olduğu turist daşıyan helikopter itkin düşüb. Bu barədə Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi məlumat yayıb.

Sherg.az xəbər verir ki, "Yomiuri Shimbun" qəzetinin xəbərinə görə, helikopterin Aso vulkanı ətrafında uçuş həyata keçirməsi planlaşdırılıb. Helikopterdə bir pilot və Tayvandan olan iki sərnişin olub.

Məlumata əsasən, helikopter uçuş zamanı fövqəladə vəziyyət siqnalı göndərsə də, nəzərdə tutulan vaxtda bazaya qayıtmayıb. Hadisə ilə əlaqədar ərazidə axtarış-xilasetmə işlərinə başlanılıb. Araşdırmalar davam etdirilir.