Pəncərə silərkən həyatını itirdi- FOTO

Kayseridə 65 yaşlı Nilgün Köstelekoğlu, 12 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən evində pəncərə silərkən tarazlığını itirərək beton zəmiyə düşüb. Xəstəxanaya aparılan qadını xilas etmək mümkün olmayıb.
Sherg.az xəbər verir ki, hadisə dünən saat 11:00 radələrində Kayserinin Kocasinan rayonuna bağlı Zümrüt məhəlləsi, Dünya küçəsindəki 12 mərtəbəli binada baş verib.
Binanın 4-cü mərtəbəsində yaşayan Nurgül Köstelekoğlu (65) iddiaya görə pəncərə silərkən tarazlığını itirib və pəncərədən yerə – beton zəminin üstünə düşüb.
Hadisəni görənlərin məlumat verməsi ilə əraziyə polis və təcili tibbi yardım briqadaları göndərilib. Yaralanan Köstelekoğluna ilkin tibbi yardım hadisə yerində göstərilib və daha sonra Kayseri Şəhər xəstəxanasına aparılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Nilgün Köstelekoğlunun cənazəsi, Kayseri Dövlət Xəstəxanasının morqundakı prosedurlardan sonra ailəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma davam edir.