Zəlzələdə eyvandan tullananlar yaralandılar

İstanbulda episentri Silivri olan zəlzələ baş verib. Zəlzələnin maqnitudası 6,2 və 5,9 olaraq qeydə alınıb və ətraf vilayətlərdə də hiss olunub.

Sherg.az xəbər verir ki, Tekirdağın Çerkezköy və Veliköy məhəllələrində zəlzələ zamanı evlərinin eyvanından tullanaraq özlərini xilas etməyə çalışan iki nəfər və qaçarkən yıxılan bir nəfər yaralanıb.

Yaralılar 112 Təcili Tibbi Yardım əməkdaşlarının hadisə yerində göstərdiyi ilkin tibbi müdaxilədən sonra Çerkezköy Dövlət xəstəxanasına aparılıb.

Məlumata görə, yaralıların vəziyyəti yaxşıdır.