Gəncədə qadını maşın vurdu

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Rəqsanə Zeynalovanı maşın vurub. 31 yaşlı qadın xəstəxanaya çatdırılıb. Hazırda onun müalicəsi davam edir.

Faktla bağlı araşdırma başlanılıb.