Gəncədə kafedə adam bıçaqlayan 17 yaşlı gənc saxlanıldı

Gəncədə kafedə adam bıçaqlayan 17 yaşlı yeniyetmə saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 31 yaşlı Yasin İbrahimova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 17 yaşlı Ömər Tağızadə saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məlumat üçün bildirək ki, hadisə bir neçə gün öncə Gəncədəki kafelərdən birində baş verib.