Yeni evlənənlərə hədiyyə qismində bomba göndərən şəxs ömürlük həbs edildi

Hindistanın Odişa ştatında keçmiş kollec direktoru yeni evlənənlərə bağlamada bomba göndərdiyi üçün ömürlük həbs cəzasına məhkum edilib.

Teleqraf xəbər verir ki, hadisə 2018-ci ildə baş verib.

Məhkəmə 56 yaşlı Pancilal Meheri "toy bombası" işi çərçivəsində qətl, qətlə cəhd və partlayıcı maddələrdən istifadədə təqsirli bilib.

Toy hədiyyəsi kimi göndərilmiş bağlamaya yerləşdirilmiş bomba 26 yaşlı proqram mühəndisi Somya Sehar Sahunun evinə toyundan bir neçə gün sonra çatdırılıb.

Cütlük bağlamanı açdıqda, partlayış baş verib, nəticədə Sahu ilə onun əmisi arvadı həlak olub. Sahunun həyat yoldaşı Rima isə ağır yaralanıb.