İmişlidə 3 otaqlı ev yanaraq kül olub

İmişli rayonunda fərdi yaşayış evində yanğın baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Əliqulular kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli 3 otaqlı ev qəfil alışıb.

Hadisə yerinə İmişli rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Buna baxmayaraq ev tamamilə yanaraq kül olub.

Faktla bağlı araşdırma aparılır.