
Fransa geri çəkilib: Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər -
Yusif Nəzərli
06:53 15.07.2025
Siyasət
395
Fransanın xarici ərazisi olan Yeni Kaledoniya ilə Fransa arasında 10 günlük danışıqların ardından Parisdə “dövlət statusu” ilə bağlı tarixi saziş imzalanıb. Razılaşmaya əsasən, ada Fransaya bağlı qalmaqla yanaşı, “Yeni Kaledoniya Dövləti” kimi tanınacaq və xüsusi status əldə edəcək.
Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə təşkil olunan danışıqlarda tərəflər Yeni Kaledoniya dövlətinin Fransa Konstitusiyasına daxil edilməsi və sakinlərinə həm fransız, həm də xüsusi “Kaledoniya vətəndaşlığı” verilməsi barədə razılığa gəliblər. Saziş 2025-ci ilin sonuna qədər Fransa parlamentində müzakirəyə çıxarılacaq, daha sonra isə 2026-cı ildə Yeni Kaledoniyada referendum yolu ilə ictimaiyyətin təsdiqinə təqdim ediləcək. Prezident Makron razılaşmanı “etibar seçimi” adlandıraraq, bunun Fransanın keçmiş müstəmləkə əraziləri ilə əlaqələrində yeni mərhələ olduğunu bildirib. Qeyd edək ki, Yeni Kaledoniya uzun illər müstəqillik uğrunda mübarizə aparan yerli kanak icmasının yaşadığı adadır. 2024-cü ildə Fransa hökumətinin seçki qanunvericiliyində dəyişiklik planlarına qarşı keçirilən etirazlar zamanı baş verən qarşıdurmalarda 14 nəfər həlak olmuşdu.

Millət vəkili Sahib Aliyev deyib ki, "əgər Paris əvvəlki referendumlarda olduğu kimi hoqqabazlığa əl atmasa, böyük ehtimalla çoxluq müstəqilliyə səs verəcək:
"Beləliklə, Fransa daxilində xüsusi statuslu Yeni Kaledoniya Dövləti yaradılacaq ki, onu digər ölkələr də tanıya bilər. Əminəm ki, Yeni Kaledoniyanın müstəqilliyini ilk tanıyanlardan biri Azərbaycan olacaq. Çünki məhz Azərbaycanın yumşaq güc tətbiqi, Bakı Təşəbbüs Qrupunun dekolonizasiya və insan hüquqlarının qorunması yönündəki ardıcıl fəaliyyəti nəticəsində Fransa geri çəkilib. Belə görünür ki, kanakların ardınca neokolonializmdən əziyyət çəkən digər xalqlar da azadlıqlarına qovuşacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat