Ekspert: Son altı ayda turis sayında 12%-lik artım müşahidə olunub
11:40 15.07.2025
İqtisadiyyat
655
Azərbaycanda milli parklara 2025-ci ilin 6 ayı ərzində 87 542 turist səfər edib.
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur:
“Milli parklara səfər edən ziyarətçilərin böyük əksəriyyətini yerli turistlər təşkil edib ki, bu da ölkə əhalisinin təbiət ərazilərinə, ekoturizmə marağının artması və aparılan ekoloji maarifləndirmə işlərinin nəticəsidir”.
İ.İbrahimova onu da qeyd edib ki, bu ilin 6 ayı ərzində turistlərin ən çox üz tutduğu məkanlar arasında Göygöl, Şahdağ və Abşeron milli parkları ilk sıralarda yer alıb.
Mövzu ilə fikirlərini bölüşən turizm eksperti Cabir Dövlətzadə “Sherg.az”a bildirib ki, 2025-ci ilin son altı ayına dair təqdim olunan statistik göstəricilərdə 12%-lik artım müşahidə olunub:
“Bu artımın əsas səbəbi yaz mövsümünün başlanması və yay aylarının gəlişi ilə əlaqəlidir. Belə bir dinamika, əvvəlki illərin tendensiyalarına uyğun olaraq normal sayılır. Qeyd olunmalıdır ki, xarici turistlərin Azərbaycanı ziyarətləri zamanı yalnız Bakı şəhəri ilə kifayətlənməməsi, regionların tarixi, mədəni və təbii turizm obyektlərinə, xüsusilə də milli parklara maraq göstərməsi müşahidə edilir. Milli parklar ölkənin ekosisteminin qorunması, bioloji müxtəlifliyin saxlanılması və təbii irsin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, bu əraziləri ziyarət edən xarici vətəndaşlar geri qayıtdıqdan sonra Azərbaycan təbiətinin təbliğində könüllü informasiya daşıyıcıları rolunu oynayırlar. Bu isə öz növbəsində, növbəti illərdə ölkəyə gələn turist axınının artmasına müsbət təsir göstərir. Ümid edirik ki, bu artım payızın sonuna qədər davam edəcək və həmin yüksəlmə daha da artacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat