Moskvada iki avtobus toqquşdu - 11 nəfər xəsarət aldı

Moskvada iki avtobusun iştirakı ilə baş verən yol qəzasında 11 nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, hadisə şəhərin Profsoyuznaya küçəsində baş verib.

Bir avtobus əvvəlcə digər avtobusa, daha sonra isə işıq dirəyinə çırpılıb. Xəsarət alanlar arasında uşaqlar da var.

Hadisə yerinə tibbi helikopter gəlib. Qəzanın səbəbləri araşdırılır.