
İntensiv görüşlər: Cənubi Qafqazda diplomatik dinamika canlanır
12:32 14.10.2025
Cənubi Qafqaz
386
İlin sonuna qədər sülh razılaşmasının imzalanması tamamilə real görünür
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə avqustun 8-də Vaşinqtonda görüşdükdən və sülh sazişini parafladıqdan sonrakı iki ay ərzində 4 dəfə görüşüb fikir mübadiləsi aparmaq imkanı qazanıblar: İki ölkənin liderləri Şanxay Əməkdaşlıq Təşkilatı, Avropa Siyasi Birliyi, Müstəqil Dövlətlər Birliyi və Misirdə Yaxın Şərq Sülh Sammitində iştirak ediblər və fürsətdən istifadə edərək fikir mübadiləsi aparıblar. Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
İlin sonuna qədər iki liderin digər tədbirlərdə iştirakı da mümkün hesab edən politoloq qeyd edib ki, bu, onlara fikir mübadiləsini davam etdirmək imkanı yaradacaq: “ Bu dialoq Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması baxımından faydalıdır. Erməni radikallar Nikol Paşinyanın İlham Əliyevlə artan təmaslarından narahat olsalar da, buna qarşı arqumentləri yoxdur, çünki “bu görüşlər Ermənistanın maraqlarına ziddir” kimi məntiqsiz açıqlamaların onların işinə yaramayacağını anlayırlar”.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, siyasi ekspert Tural İsmayilov Sherg.az açıqlamasında bildirib ki, İlham Əliyev və Nikol Paşinyan arasında son aylarda keçirilən intensiv görüşlər Cənubi Qafqazda diplomatik dinamikanın yenidən canlandığını göstərir:

“Vaşinqtonda paraflanmış sülh sazişindən sonra tərəflər arasında yaranan birbaşa təmaslar artıq qarşılıqlı siyasi iradənin formalaşdığını sübut edir. Dörd müxtəlif beynəlxalq platformada aparılan dialoqlar onu göstərir ki, proses təkcə ikitərəfli deyil, həm də çoxvektorlu xarakter daşıyır. Bu, sülh gündəliyinin beynəlxalq legitimliyini artırır. Azərbaycanın mövqeyi ardıcıl və prinsipial olaraq ərazi bütövlüyü və suverenlik prinsiplərinə əsaslanır. Ermənistan isə ilk dəfə olaraq reallığı qəbul etməyə doğru addım atmaq məcburiyyətində qalır. ŞƏT, MDB və Avropa Siyasi Birliyi kimi formatlarda keçirilən görüşlər diplomatik çevikliyin və praqmatik yanaşmanın nümunəsidir. İlham Əliyev bu görüşlərdə həm regional sabitliyin memarı, həm də postmüharibə dövrünün əsas istiqamətverici aktoru kimi çıxış edir. Paşinyan isə daxili siyasi təzyiqləri nəzərə alaraq, addımlarını daha ehtiyatla atır”.
T. İsmayılovun sözlərinə görə, bu təmasların intensivliyi onu göstərir ki, Ermənistan sülh prosesindən tam kənarda qala bilməz:
“ ABŞ-ın və digər güclərin vasitəçiliyi prosesi beynəlxalq təminat çərçivəsinə salmağa imkan verir. Praktik nəticə baxımından, bu görüşlər sülh sazişinin mətnindəki qalan texniki məsələlərin həllinə təkan verir. Tərəflər artıq fundamental prinsiplər üzrə razılığa yaxınlaşıblar. Əsas məsələ bu razılaşmanın kağız üzərində qalmayıb, real mexanizmlərlə təsbit edilməsidir. Görünən odur ki, prosesin sürəti artır və Bakı tərəfinin təşəbbüskarlığı nəticəsində sülh sazişinin imzalanması məsələsi konkret mərhələyə daxil olub. Əgər Ermənistan daxili manipulyasiyalardan imtina edərsə, ilin sonuna qədər sülh razılaşmasının imzalanması tamamilə real görünür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual