4 nəfərin ölümünə səbəb olan "Range Rover"i kim sürüb? - AÇIQLAMA
09:07 14.06.2021
Hadisə
724
Dünən Novxanı-Sumqayıt yolunda "Qurtuluş 93" yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni Elşad Kərbalayevin düşdüyü və dörd nəfərin vəfat etdiyi qəza ilə bağlı rəsmi açıqlama verilib.
DİN Mətbuat xidmətindən Ucnoqta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə zamanı "Range Rover"i E. Kərbalayev yox, Ələsgər Əliyev idarə edib: "İyunun 14-ü gecə saat 01 radələrində Novxanı bağlar sahəsində Ələsgər Əliyevin idarə etdiyi "Range Rover" markalı 10 CO 002 nömrəli avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi "Daeewo Damas" markalı avtomobillər toqquşub: "Yol-nəqliyyat hadisəsi nəticəsində "Daeewo" markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.
"Range Rover" markalı avtomobilin sahibi və sərnişini Elşad Kərbalayev, sükan arxasında olan Ələsgər Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra Binəqədi rayon Polis İdarəsinə gətiriliblər. Hazırda araşdırma aparılır".
Qeyd edək ki, ilkin yayılan məlumata görə, "Range Rover" markalı avtomobili Elşad Kərbalayev sərxoş vəziyyətdə idarə edərkən piyadanı vurub, daha sonra hadisə yerindən qaçarkən "Damas"la toqquşub. Lakin rəsmi məlumatlarda avtomobili Ələsgər Əliyevin idarə etdiyi və vəfat edən 4 nəfərin "Damas"da olduğu qeyd edilib.
***
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, "Range Rover"i Ələsgər Əliyevin idarə etməsi ilkin məlumat olub: "Sonradan araşdırmalar zamanı məlum olub ki, avtomobili Elşad Kərbalayev sürüb və həmin zaman ağır sərxoş vəziyyətdə olub. Qəza baş verəndən sonra Ələsgər Əliyev xəstəxanaya zəng edərək qəzaya düşdüklərini deyib və təcili tibbi yardım xidməti göndərilməsini istəyib. Buna görə də ilkin olaraq sürücü kimi Ələsgər Əliyev qeydə alınıb. Hazırda Elşad Kəlbalayev tutularaq istintaqa cəlb edilib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm