Türkiyənin Mardin vilayətində 4 yaşlı Məhəmməd Aras Temelin günəş altında qalan avtomobildə həyatını itirməsi mütəxəssislərin ciddi xəbərdarlığına səbəb olub.
Onların sözlərinə görə, hətta avtomobilin qapısı və ya pəncərəsi açıq olsa belə, bu, isti vurması riskini aradan qaldırmır.
Sherg.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, 35 dərəcə isti havada günəş altında qalan avtomobilin salonunda temperatur cəmi 10 dəqiqəyə 45 dərəcəyə, bir saat ərzində isə 60-68 dərəcəyə çata bilər. Uşaqların orqanizmi istiliyi böyüklərə nisbətən daha çətin tənzimlədiyi üçün onlar qısa müddətdə həyati təhlükə ilə üzləşə bilərlər. Bu səbəbdən uşaqları heç bir halda, hətta bir neçə dəqiqəlik də olsa, avtomobildə tək buraxmamaq tövsiyə olunur.