Abşeronda bir nəfər dəm qazından zəhərlənərək öldü

Abşeronda dəm qazından ölüm faktı qeydə alınıb.

Teleqraf xəbər verir ki, 1983-cü il təvəllüdlü E.Seyidova Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H. Məmmədov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.