Ağdamda 30 yaşlı qadın qarışqa dərmanından zəhərləndi

Ağdamda 30 yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə rayonun Quzanlı qəsəbə sakini 1996-cı il təvəllüdlü Samirə Xəlilova zəhərlənmə əlamətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, S.Xəlilova evdə qarışqaları məhv etmək üçün istifadə etdiyi kimyəvi dərmandan ehtiyatsızlıq ucbatından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.