"Ahbap" istintaqında yeni mərhələ: 5 tanınmış şəxs ifadəyə çağırıldı

Türkiyədə "Ahbap" Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində jurnalist Uğur Dündar, sənətçi Mahsun Kırmızıgül, müğənni Gülben Ergen, aktrisa Elçin Sangu və rok ifaçısı Hayko Cepkin ifadə verməyə çağırılıb.

Sherg.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaqın dördüncü mərhələsində daha 13 şübhəli saxlanılıb. Onların 2023-cü ildə "Ahbap" Dərnəyi ilə yaşayış evlərinin tikintisi üçün müqavilə bağlayan, lakin tikintini başa çatdırmayan şirkətlərin nümayəndələri olduğu bildirilir.

Bundan başqa, "Ahbap"ın rəhbəri Haluk Leventin köməkçisi Yeliz Kayaya daşınmaz əmlak ötürdüyü iddia edilən şəxslər, o cümlədən Başaran Holdinqin sahibi Hüseyn Başaran barəsində də saxlanılma qərarı verilib.