“Anam mənə can verdi, mən ona həyat verdim” - Duyğulu anlar

Türkiyənin Silivridə yaşayan 52 yaşlı Nuray Demirkan, şəkər xəstəliyinə bağlı böyrək çatışmazlığı səbəbilə oğlu Barış Demirkanın donorluğu ilə böyrək köçürülərək həyata qayıdıb.

Sherg.az xəbər verir ki, uzun dializ və hazırlıq prosesindən sonra Biruni Universiteti Tibb fakültəsi xəstəxanasında həyata keçirilən əməliyyat uğurla keçib. Ana “Oğlum məni həyata qaytardı” deyib. Oğulu isə “Anam mənə can verdi, mən ona həyat verdim” sözləri ilə duyğularını ifadə edib.