ANAMA sədri: Xankəndidə çoxlu sayda tələ minalar aşkar edilib
Yusif Nəzərli
07:26 24.06.2024
Hadisə
390
10285 kvadratmetr ərazi mina və partladılmamış sursatlarla çirkələndirilib.
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Xankəndidə keçirilən elmi-praktik konfransda deyib.
O bildirib ki, 10 min kvadratmetr ərazinin hamısı heç də mina sahəsi deyil: "Döyüş gedən ərazilər mütləq təmizlənməlidir. Azad edilən ərazilərin hər birində təmizlənmə işləri aparılır. Bu ilin mina təmizilənmə üzrə illik planı 60 min hektardır. Bizə daxil olan istəklərin sayı 400 mindən artıqdır".
V. Süleymanov Xankəndidə çoxlu sayda tələ minaların aşkar edildiyini də bildirib.
Onun sözlərinə görə, minalanmış sahələrin heç bir hərbi məntiqi yoxdur: "Təmas xətti başa düşüləndir. Hərbi olmayan ərazilər, qəbrstanlıqlar, evlər minalanmışdı”.
O qeyd edib ki, 480 ton plastik tullantı da ətraf mühitə ziyan vurub.
ANAMA rəhbəri qeyd edib ki, Ermənistan tərəfi bir neçə dəfə mina sahələri ilə bağlı məlumatlar verib, məlumatlar emal edilib: "Bu məlumatları emal etdik, bəlli oldu ki, istifadə olunan məlumatların yararlılığı 25 faizi keçmir. Bu, çox aşağı səviyyədədir. Yalnız keçmiş təmas xəttini bu əhatə edir".
V. Süleymanov onu da deyib ki, ərazilərimizin işğalı dövründə ölkəmizin ən saf və gözəl təbiətə malik bölgələrindən olan Qarabağ və Şərqi Zəngəzur Ermənistan hərbi birləşmələri tərəfindən dağıdılmış və təxmini hesablamalara görə 1.5 milyona yaxın mina və partlayıcı sursatlarla çirkləndirilmişdir. Bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə, ətraf mühitə atılan 12.600 ton karbon-dioksid emissiyası və digər zəhərli qazlar deməkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - FAKTİKİ HAVA
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm