Antalyada baş verən avtobus qəzasında ölənlərin sayı 10-a çatıb

Türkiyənin Antalya vilayətində sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı artıb.

"Report" bu barədə "Haberler.com"a istinadən xəbər verir.

Məlumata görə, qəzada həlak olanların sayı 10 nəfər çatıb. Belə ki, avtobusun sürücüsü və daha bir sərnişin xəstəxanada keçinib.

Xatırladaq ki, daha əvvəl Antalya vilayət administrasiyasının rəhbəri Hulusi Şahin qəzada səkkiz nəfərin öldüyünü, 26 nəfərin isə xəsarət aldığını açıqlamışdı.