Ata və oğlunun meyitləri tapılmışdı: 3 nəfər saxlanılıb
10:53 20.05.2025
Hadisə
415
Əlləri bağlandıqdan sonra yük maşınına qoyulublar
Diyarbakırda Remzi Sati və oğlu Məhəmmədin yanan yük maşınında cansız bədənlərinin tapılması ilə bağlı aparılan istintaq çərçivəsində 3 nəfər saxlanılıb.
Sherg.az xəbər verir ki, hadisə Sur rayonunun kəndlərindən olan Körpübaşı məhəlləsi yaxınlığındakı boş ərazidə baş verib. Səhər saatlarında 21 GH 662 nömrə nişanlı yük maşınının yanmış halda olduğunu görənlər bu barədə 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər. Məlumat əsasında əraziyə jandarma qrupları göndərilib. Araşdırmalar zamanı yük maşınında Remzi Sati və onun oğlu Məhəmmədin cansız bədənləri aşkar edilib. Ata və oğulun meyitləri ekspertiza üçün Məhkəmə-Tibb İdarəsinin morquna aparılıb.
Jandarma əməkdaşları yük maşını və ətrafında araşdırma aparıb. Ata və oğulun əllərinin bağlandıqdan sonra yük maşınının içinə qoyulduqları və daha sonra avtomobilin yandırıldığı iddia olunur.
Hadisə ilə bağlı başlanan istintaq çərçivəsində 3 nəfər saxlanılıb. Şübhəlilərin jandarmadakı ifadəvermə prosesi davam edir.
Remzi Sati və oğlu Məhəmmədin meyitlərinin Diyarbakır Məhkəmə-Tibb İdarəsindəki prosedurlardan sonra İstanbuldakı Məhkəmə-Tibb İdarəsinə göndəriləcəyi bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm