Azərbaycanda daha bir alim vəfat edib
09:01 22.09.2021
Hadisə
577
Azərbaycan elminə ağır itki üz verib.
"Report" xəbər verir ki, AMEA-nın Geologiya və Geofizika İnstitutunun Müasir geodinamika və kosmik geodeziya şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Oktay Babazadə 82 yaşında vəfat edib.
Qeyd edək ki, O.Babazadə 1939-cu il Bakı şəhərində doğulub. 1963-cü ildə “Dağ-mədən mühəndis-geofizik” ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. Cənub Elmi Tədqiqat Geofizika İnstitutunda işləyib. SSRİ Elmlər Akademiyası Yer Fizikası İnstitutunun aspiranturasında oxuyub.
“Geofiziki anomaliyalara görə Azərbaycanın yer qabığının dərinlik qırılmalarının tədqiqi” mövzusunda fəlsəfə, “Zəlzələlərin ocaq zonalarının proqnozu və seysmik geodinamikası” mövzusunda doktorluq işini müdafiə edib.
Alim tərəfindən ocaq zonalarının dərinlik yarıqlarını ayırmaq və istiqamətlərini təyin etmək üçün difraksiya dalğalarının interpretasiyası, dərinlik yarıqlarının seysmik-geofiziki göstəricələri və seysmik sərhəd relyefinə görə seysmik təhlükənin orta və uzun müddətli proqnozlaşdırılmasının korrelyasiya üsulu işlənib hazırlanıb. Zəlzələlərin proqnozu problemi ilə məşğul olub. Güclü zəlzələdən qabaq palçıq vulkanı püskürməsinin miqrasiyası hadisəsini tədqiq edib. O, Azərbaycan üçün yeni ümümi seymik rayonlaşdırma sxemini, Qafqaz-Cənub-Xəzər-İran regionu üçün seysmokinematikanın blok geodinamik və güclü zələlələrin uzunmüddətli proqnozu modelini qurub. Alim seysmik üsulların, o cümlədən əks olunan dalğaların şaquli seysmik zondlanmasının köməyi ilə kəsilişdəki kollektorları proqnozlaşdırıb və yumuşalmış süxurların inversiya sürət zonalarının müəyyən edilməsinə və əks olunan dalğa siqnallarının energetik təsəvvürlərinə əsasən flüidlə doyma dərəcəsini qiymətləndirib. Həmçinin yeni istiqamət olan struktur-ocaq seysmologiyası əsasında zəlzələlərin ocaq zonalarının seymik geodinamikası problemini tədqiq edib.
Alim 180-dən çox çap olunmuş elmi işin, 2 ixtiranın müəllifi idi. Onun rəhbərliyi altında 5 fəlsəfə doktoru yetişib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm