Bakı-Sumqayıt yolunda qəza: Xəsarət alanlar var - YENİLƏNİB


Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı mikroavtobus və “DAF” markalı yük avtomobili toqquşub, 2 nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

08:47

Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində ağır qəza qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, hadisə “Ford Transit” markalı mikroavtobusla propan qazı daşıyan yük maşınının iştirakı ilə baş verib.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.