Bakıda 15 yaşlı qız “Instagram”da tora düşdü: Seksual zorakılığın qurbanı oldu – MƏHKƏMƏ İŞİ
Yusif Nəzərli
08:34 25.10.2021
Hadisə
854
Bakıda iki oğlan (Qədir və Qasım: adlar şərtidir) 15 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər.
Oxu.Az-ın məlumatına əsasən, dostlar Qədirin “Instagram” sosial şəbəkə hesabından tanış olduğu qıza qarşı qeyri-qanuni aktı həyata keçiriblər.
Qədir qızla görüş təyin etdikdən sonra, onu Bakıdakı evlərdən birinə aparıb, onunla öpüşüb. Daha sonra isə dostu Qasım həmin evə gəlib.
İstintaq materiallarına əsasən, Qasım özünü polis əməkdaşı kimi təqdim edib, mobil telefonu ilə videoçəkiliş apararaq qızı hədələyib. Belə ki, Qasım həmin görüntüləri qızın anasına göndərəcəyini bildirib.
Qədir və Qasım istintaqa ifadələrində özlərini həmin ittiham üzrə təqsirli bilməyiblər.
Qız isə anasına hadisəni danışdıqda, dostlar tərəfindən zorlamaya məruz qaldığını qeyd edib.
Bununla belə, ekspertiza qızın zorlanmadığını müəyyən edib. Ekspertizanın rəyindən sonra qız ifadəsini dəyişib. Qız yalnız Qədirlə barışıq əldə edib və ona qarşı şikayətini geri götürüb.
İstintaq nəticəsində məlum olub ki, dostlar qıza qarşı seksual xarakterli hərəkətlər ediblər.
Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinə hüquqi qiymət verib. Belə nəticəyə gəlib ki, onların bu ifadələri hadisənin motivinə uyğun gəlmir və bir-birilərini müdafiə xarakteri daşıyaraq həqiqəti əks etdirmir.
Məhkəmə dostlar haqqında Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə hökm çıxarıb. Qədirin yetkinlik yaşına çatmadığını nəzərə alaraq ona iki il müddətinə, Qasım isə beş il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət