Bakıda 23 yaşlı qadın əməliyyatdan sonra komaya düşüb öldü


Bakıda estetik əməliyyatı zamanı komaya düşən gənc qız vəfat edib.

Sherg.az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 23 yaşlı Arzu Əzimova tibbi müdaxilələrə baxmayaraq dünən vəfat edib.

Məlum olub ki, o, 5 gün əvvəl Sabunçu rayonu ərazisidəki özəl klinikada rinoplastika əməliyyatı (estetik burun əməliyyatı) etdirib və orada komaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Arzu Əzimova 2 uşaq anası olub.