Bakıda küçədə 93 yaşlı kişinin meyiti tapılıb

Bakıda küçədə 93 yaşlı kişinin meyiti tapılıb.

APA-nın məlumatına görə, hadisə ötən gün Binəqədi rayonunda baş verib.

Rayonun İ.P.Dadaşov küçəsində Bakı şəhər sakini 1933-cü il təvəllüdlü Ağazəki Məmmədağa oğlunun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.