Bakıda küçədə tapılan azyaşlının valideynləri ilə əlaqə saxlanılıb - YENİLƏNİB

Həyata keçirilən operativ tədbirlər nəticəsində Bakıda küçədə tapılan uşağın valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat yayıb.

"Azyaşlının atası ekoloji nəzarət postuna dəvət olunub", məlumatda deyilir.