Bakıda mənzildə köməksiz qalan uşaq xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.