Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb, 27 nəfər xəsarət alıb, ölən var - FOTO - VİDEO - YENİLƏNİB-1
11:27 23.11.2023
Hadisə
284
Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdirilib.
TƏBİB-dən APA-ya verilən məlumata görə, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş hesab olunan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.
Əlavə məlumat veriləcək.
14:24
TƏBİB Bərdə rayonunda baş verən hadisədə xəsarət alan vətəndaşlarla bağlı məlumat açıqlayıb.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.
1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb.
Digər şəxslərin ümumi müayinələri davam etdirilir.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində xəsarət alaraq ölən şəxs 1958-ci il təvəllüdlü Məmmədova Sarıtel Abbasəli qızıdır.