Biləsuvarda partlayışdan sonra dağıntılar altından daha bir nəfər sağ çıxarılıb



Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından daha bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

FHN-dən Sherg.az-a bildirilib ki, axtarış-xilasetmə əməliyyatı davam edir.

Daha əvvəl də bir nəfərin sağ çıxarıldığı barədə məlumat verilmişdi.