"Bu zəlzələlər aylarla davam edəcək" - Ekspert
Yusif Nəzərli
13:21 23.02.2023
Hadisə
508
Türkiyədə baş verən dəhşətli zəlzələlərdən 17 gün keçməsinə baxmayaraq, afterşoklar hələ də davam edir.
Eyni zamanda bu gün Tacikistanda 6,8 bal gücündə zəlzələ baş verib. Mütəxəssislər Yunanıstanda 8,5 bal gücündə zəlzələnin baş verə biləcəyini də iddia edirlər. Bütün bunlar isə təbii ki, insanlarda ciddi narahatlıq doğurur.
Maraqlıdır, güclü zəlzələlərdən sonra yeraltı təkanlar nə qədər müddətə davam edir?
Ekoloq-seysmoloq Ənvər Əliyev Bakupost.az -a açıqlamasında mövzunu şərh edərkən deyib ki, bu təkanlar əvvəlki kimi güclü olmamaq şərtilə həftələrlə, aylarla çəkə bilər.
Onun sözlərinə görə, indiyə kimi bu cür hadisələr adətən 15-20 gün çəkirdi:
"Amma bu dəfə zəlzələ çox güclü oldu. Ona görə də yeraltı təkanların səngiməsi uzun çəkəcək. Bunun konkret nə vaxt bitəcəyini demək mümkün deyil. Bu yerin quruluşundan irəli gələn prosesdir. Xırda-xırda təkanlar ola bilər. Çünki bu tədricən baş verən prosesdir".
Ənvər Əliyev bildirib ki, yerin altındakı tavaların sürüşməsi daim müşahidə olunur:
"Zəlzələnin bir neçə növü var: plitələrin toqquşması, yerdəyişməsi və s. Bu zaman zəlzələnin olması labüddür. Milyon illərdir bu proseslər gedir. Türkiyənin zəlzələ baş verən bölgəsi tektonik, seysmik zonadır. Böyük bir ərazidə Afrika qitəsi, Ərəbistan onu sıxır. Sıxdıqca da orda proseslər davam edir. 3 metrədək sürüşmə müşahidə olunub. Bu prosesin uzun olması və mürəkkəbliyi onu göstərir ki, yerqaltı təkanlar bir müddət davam edə bilər. Çünki hələ hər şey yerinə oturmayıb. İndi 1 ay çəkəcək, ya 5 ay, bunu dəqiq demək mümkün deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual