Cənazələr qarışdı, dəfn yarımçıq qaldı
Məlahət Rzayeva
11:17 02.05.2021
Hadisə
733
İstanbulda vəfat etmiş Qürbət Dabanın cənazəsi dəfn edilmək üçün məmləkəti Siirtə göndərilib. Lakin cənazənin yola salınması zamanı tabutlar qarışıq düşüb. Qadının cənazəsi Siirt əvəzinə Sakaryaya göndərilib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Gürbət Daban İstanbuldakı xəstəxanalardan birində böyrək çatışmazlığından vəfat edib. Cənazə daşıyan avtomobilin içində daha 4 tabut varmış. Avtomobil cənazələri bölgə-bölgə ailələrə təslim etməliymiş. Gürbət Dabanın “cənazəsi” Siirtdə ailəsinə təslim edilib. Amma qohumlar cənazənin Gürbətə aid olmasından şübhələniblər. G.Dabanın oğlu Ercan Daban rəsmilərə müraciət edib və araşdırma nətcəsində məlum olub ki, həqiqətən də cənazə G.Dabana aid deyil.G.Dabanın cənazəsinin səhvən Sakaryaya aparıldığını öyrəniblər. Siirtə gətirilən cənazə isə Sakaryada torpağa verilməsi gərəkən 71 yaşlı Xədicə Özmənə məxsus imiş. Qarışıqlıq ortaya çıxdığında dəfn işləri dayandırılıb. Cənazələr bu dəfə hər biri öz yurduna – G.Dabanın cənazəsi daha öncə planlaşdırıldığının əksinə, Siirt deyil, Diyarbəkirə, X.Özmənin cənazəsi isə Sakaryaya göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial