Dağıntılar altında sağ qalan 17 yaşlı Miraç: Sanki qiyamət qopurdu
10:59 19.02.2023
Hadisə
373
Mərkəzi Kahramanmaraşda böyük fəlakətdən sonra zəlzələ qurbanlarının Mersinə köçü davam edir. Dövlət qurumları, bələdiyyələr və QHT-lər zəlzələ qurbanlarının sığınacaq ehtiyacları üçün bütün imkanlarını səfərbər edir. Akdeniz Bələdiyyəsi mədəniyyət və sənət evlərini zəlzələdən zərərçəkənlərin üzünə açdı.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Akdeniz Bələdiyyəsi Mədəniyyət və İncəsənət Evində sağalmağa çalışan Miraç Özgün yaşadığı qorxulu anlardan danışıb: "Hatayda evdə zəlzələyə yaxalandıq. Özümüzü çölə atanda zəlzələ hələ də davam edirdi. Sanki qiyamət qopurdu, çox pis idi. Kabus kimi idi. Məni daşların altından çıxardılar. 2 gün Hatayda qaldıqdan sonra qohumlarımız gəlib bizi götürdülər və Mersinə gəldik. Burada müalicəmdən sonra məni Akdeniz Bələdiyyəsi Mədəniyyət və İncəsənət Evinə gətirdilər. Ümumi səhhətim yaxşıdır. Hər kəs bizə çox kömək etdilər, qucaqladılar. Hər kəsə çox təşəkkür edirəm. Rəbbim heç kimə belə ağrı yaşatmasın".
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya