Dərmandan ölüm: 11 uşaq zəhərli siropun qurbanı oldu
09:30 08.10.2025
Hadisə
306
Hindistanda yaşı 1-dən 6-ya qədər olan ən azı 11 uşağın öskürək siropu içdikdən bir neçə gün sonra vəfat etməsi ilə bağlı aparılan araşdırmada onların böyrəklərinin sıradan çıxdığı məlum olub. Araşdırma nəticəsində siropun tərkibində dərmanlarda qətiyyən olmamalı olan dietilen qlikol adlı zəhərli maddə aşkar edilib.
Hindistanın Madhya Pradeş əyalətindəki kiçik bir qəsəbədə izahı çətin olan uşaq ölümləri yerli səhiyyə işçiləri arasında təşviş yaradıb.
Yaşları 1 ilə 6 arasında dəyişən ən azı 11 uşaq, geniş istifadə olunan bir öskürək siropunu qəbul etdikdən bir neçə gün sonra həyatını itirib. Rəsmilər içməli sudan tutmuş ağcaqanadlara qədər hər şeyi analiz etsələr də, sonda uşaqların böyrəklərinin fəaliyyətini itirdiyi məlum olub.
Sherg.az BBC-nin məlumatına istinadən xəbər verir ki, bir neçə həftə sonra Çennay şəhərində yerləşən dövlət laboratoriyası həmin siropun tərkibində dərmanlarda qətiyyən istifadə olunmaması gərəkən, sənaye məqsədli zəhərli həlledici olan dietilen qlikolun 48,6 faiz nisbətində olduğunu aşkarlayıb. Bu maddəni qəbul edən insanlarda böyrək çatışmazlığının tez-tez baş verdiyi məlumdur.
Hadisələr yalnız Madhya Pradeşlə məhdudlaşmayıb. Qonşu Racastan əyalətində də iki azyaşlı uşaq üçün təhlükəli sayılan yerli istehsal Dextromethorphan siropunu içdikdən sonra vəfat edib. Bu ölüm xəbərləri ictimai qəzəb doğurub və hökumət məsələ ilə bağlı istintaqa başlayıb.
İllər ərzində Hindistanda istehsal olunan bəzi öskürək siroplarında dietilen qlikolun aşkarlanması nəticəsində onlarla uşaq həyatını itirib.
2023-cü ildə dietilen qlikolla çirklənmiş Hindistan siropları Qambiyada 70, Özbəkistanda isə 18 uşağın ölümünə səbəb olmuşdu.
2019-cu ilin dekabrı - 2020-ci ilin yanvarı arasında Hindistanın nəzarətində olan Kəşmirin Cammu şəhərində 5 yaşdan kiçik ən azı 12 uşağın öskürək siropundan öldüyü iddia edilib. Fəallar isə ölənlərin sayının daha çox ola biləcəyini bildiriblər.
Keçmişdə tərkibində yüngül opioid olan və yüksək dozalarda eyforiya yarada bilən, asılılıq riski daşıyan kodeinli öskürək siroplarının da uşaqlara təyin olunması halları müşahidə edilib.
Tənqidçilər bildirirlər ki, problem yalnız həddindən artıq resept yazılmasında deyil, Hindistanın dərman nəzarəti sistemindəki ciddi çatışmazlıqlardadır.
Market Research Future şirkətinin məlumatına görə, Hindistanda öskürək siropu bazarının həcmi 2024-cü ildə 262,5 milyon dollardan 2035-ci ildə 743 milyon dollara qədər artaraq illik 9,9 faiz sürətlə böyüyəcək.
Onilliklərdir həkimlər bu siropları reseptlə yazır, xəstələr isə istifadə edirlər. Lakin bir çox mütəxəssis onların faydasının çox az, potensial zərərlərinin isə ciddi olduğunu bildirir.
Boğaz ağrısı və inadkar öskürəyə qarşı “sürətli rahatlama” vəd edən bu şirin siroplar şəkər, rəngləndirici, dadlandırıcı və müxtəlif antihistamin, dekonqestant və bəlğəmgətirici maddələrin qarışığından ibarətdir. Lakin mütəxəssislər bu tərkiblərin əksər hallarda real fayda vermədiyini, öskürəyin çox vaxt bir neçə gün ərzində öz-özünə keçdiyini qeyd edirlər.
Mumbayda fəaliyyət göstərən pediatr Dr. Rajaram D. Khare bildirib ki, Hindistan şəhərlərində artan hava çirklənməsi səbəbindən uşaqlarda rast gəlinən uzunmüddətli öskürəklərin əksəriyyəti infeksiyadan deyil, allergiya və aşağı tənəffüs yollarının qıcıqlanmasından qaynaqlanır.
Onun sözlərinə görə, bu cür öskürəklər bronx genişləndirici (havayollarını açan) dərmanlara daha yaxşı reaksiya verir, lakin bir çox həkimlər hələ də az təsir göstərən öskürək siroplarına üstünlük verirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya