Erməni "xilasedicilər" soyğunçuluqla məşğuldur

Ciblərindən türklərə məxsus pasportlar, digər sənədlər də çıxıb

“Bu məsələ üzərində Türkiyənin hüquq-mühafizə orqanları ciddi dayanmalıdır”


  Ermənilər bir daha dünyaya öz xislətlərini, əsl simalarını nümayiş etdiriblər. Türkiyəyə zəlzələdən zərər çəkənlərə kömək adı altında gedən erməni "xilasedicilər"in soyğunçuluqla məşğul olduqları üzə çıxıb. Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşları Adıyaman şəhərində zəlzələ zamanı dağılmış evdən qarət və oğurluq etdiklərinə görə Arsen Qazaryan və Vahan Sürmalyanı saxlayıblar. Axtarış zamanı onların üzərindən ölən Türkiyə vətəndaşlarının sənədləri, şəxsi əşyaları və qızıl-zinət əşyaları aşkar edilib. Hatay vilayəti prokurorluğu talan maddəsi ilə cinayət işi açıb. Həbs olunanların hər ikisi Ermənistandan olan xilasedici qrupun nümayəndələridir. Baş vermiş hadisə Türkiyə tərəfində ciddi məyusluqla yanaşı, həm də hiddətə səbəb olub. 

  Azad Vətən Partiyasının sədri Akif Nağı "Şərq"ə açıqlamasında bildirib ki, hər kəs bilməlidir ki, erməni toplumu dünyadakı xalqlardan tamamilə fərqlənir. Partiya rəhbərinin sözlərinə görə, ermənilər bəşəriyyətə yaraşmır: 

"Düzdür, adətən 5-10 adamın hərəkəti, davranışı ümumən bütün millətə şamil olunmur. Amma bu yanaşma ermənilərə aid deyil. Ermənilər elə bir toplumdur ki, aralarında yaxşıları demək olar ki, yoxdur. Ermənilərə "dövlət" qurulmamışdan öncə, yəni dini icma kimi yaşadıqları dövrdən etibarən barələrində ancaq mənfi, pis fikirlər söylənilib. Ermənilər haqqında deyilmiş bir cümlə xoş ifadə yoxdur, çünki hər zaman insanlığa yaraşmayan addımlar atıblar. Türkiyədəki zəlzələdən sonra Ermənistanın yardım göndərəcəyi xəbərini eşidən kimi dedim ki, bunlardan xeyir gəlməz. Belə qənaətə gəldim ki, mütləq mənada məkirli niyyətləri, hansısa planları var. Məhz həmin məqsədlə Türkiyəyə "xilasedici" və "yardım" adı altında gediblər. Zəlzələni də özləri üçün fürsət biliblər. Hesab edirdim ki, Azərbaycanla Türkiyə arasında müəyyən narazılıq, soyuqluq yaratmağa cəhd göstərəcəklər. İndi görürük ki, erməni tərəfinin məqsədi daha ciddiymiş". 

  A.Nağı vurğulayıb ki, zəlzələdə zərər görmüş şəxsləri soymaq, onların qızıl-zinətlərini, qiymətli əşyalarını qəsb etmək ermənilərin qanına işləmiş oğurluq, quldurluq xislətindən irəli gəlir: 

"Amma ermənilərin cibindən türklərə məxsus pasportlar, digər sənədlər də çıxıb. Bu məsələ üzərində Türkiyənin hüquq-mühafizə orqanları ciddi dayanmalıdır. Görünür, Ermənistanın xüsusi xidmət orqanları ora göndərilən ermənilərə tapşırıq verilib ki, nə vaxtsa Türkiyə və Azərbaycana qarşı istifadə etmək, təxribatlar hazırlamaq məqsədilə müəyyən sənədləri toplasınlar. Bəlkə də terror aktları təşkil etmək və suçu başqalarının üzərinə atmaq üçün zəmin hazırlamaq tapşırıqları alıblar. 

Türkiyə bu məsələni bütün dünyaya ifşa etməlidir ki, beynəlxalq aləm ermənilərin iç üzünü görsün və erməni yalanlarına aldanmasın".